Biz belə nəticəyə gəldik ki, Sinir sistemi bütün canlıların idarə olunmasında ən mühüm tənzimləyici bir qurluşdur. İbtidai heyvanlarda çox sadə və primitiv qurluşdadır .Orqanizmlər mürəkkəbləşdikcə sinir sistemidə mürəkkəbləşir .Ən ali formada insanlarda yaranıb onları bütün canlılardan fərqləndirir .Ən şüurlu və təffəkürə malik canlılara çevrilməmizdə mühüm bir yer tutmuşdur.
İrsi və xarici mühit amilləri sinir sisteminin xəstəliklərinə səbəb ola bilər .
Müxtəlif zəhərlərlə alkaqol,narkotik maddələr bəzi metal duzları heyvan və göbələk zəhərləri ilə zəhərləndikdə onun fəalliyəti pozula bilər.Beynimiz bizim ən mühim həyatı orqanlarımızdan biridir.Onu qorumaq hər birimizin borcudur.
Sinir sistemi orqanizmin funksiyalarının tənzim edilməsində çox mühüm rol oynayır .O hüceyrələrinin , orqanların və müxtəlif sistemlərin birgə fəaliyyətini təmin edir . Orqanizm tam bir vəhdət şəklində işləyir .İnsanın duyğuları , nitqi ,yaddaşı ,təfəkkürü və bütün psixoloji prosesləri sinir sisteminin fəaliyyəti ilə əlaqədardır .İnsan bunların vasitəsi ilə nəinki ətraf mühiti dərk edir ,həmdə onu fəal sürətdə dəyişə bilir .Sinir sistemi mərkəzi
və periferik şöbələrdən təşkil olunmuşdur.
Mərkəzi sinir sisteminə başbeyin və onurğa beyini ,periferik sinir sisteminə isə onlardan çıxan sinirlər aiddir. Sinirlər külli miqdarda
sinir liflərindən təşkil olunmuşdur .Periferik 2 şöbəyə bölünür somatik və vegetativ sinir sistemi .Skelet əzələlərini somatik , daxili orqanları vegetativ və ya avtanom sinir sistemi tənzimləyir.Vegetativ sinir sistemi 2 şöbəyə -simpatik və para simpatik şöbələrə bölünür.
Bu sinirlər orqanlara bir-birinin əksinə təsir edir .Simpatik ürəyin fəaliyyətini qüvvətləndirir ,parasimpatik isə ləngidir və zəiflədir.
Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cəld cavab reaksiyalarına refleks deyilir .Refleks qövsü 5 hissədən ibarətdir .1 Reseptor sahə .2 Hissi sinir lifi .3Mərkəz. 4.Hərəki sinir lifi. 5.İşçi orqanlar.
Orqanizmin bütün fəaliyyəti müxtəlif uygunlaşmalarla dəyişilən və əmələ gələn reflektor hərəkətlər ,
Əmək prosesindəki ən incə fəaliyyətlər sinir sisteminin oyanma və ləngimə prosesini əlaqələndirici işi nəticəsində mümkün olur.
Biz xətai rayonu 221 nömrəli məktəbin 8ci sinif şagirdləri Zina, Sübhan ,Rəşid "Sinir sistemi" adlı layihə üzərində işləmək qərarına gəldik .
Bu sual biz şagirdləri çox maraqlandırırdı ,görəsən " Sinir sisteminin" canlılar üçün nə kimi əhəmiyyəti var. Canlıları idarə olunmasında sinir sisteminin nə kimi əhəmiyyəti var . Bunun üçün biz internetdən ,kitabxanalardakı vəsaitlərdən , əlavə materiallardan istifadə etdik.Çox maraqlı məlumatalar aldıq .