Sinir sistemi orqanizmin funksiyalarının tənzim edilməsində çox mühüm rol oynayır .O hüceyrələrinin , orqanların və müxtəlif sistemlərin birgə fəaliyyətini təmin edir . Orqanizm tam bir vəhdət şəklində işləyir .İnsanın duyğuları , nitqi ,yaddaşı ,təfəkkürü və bütün psixoloji prosesləri sinir sisteminin fəaliyyəti ilə əlaqədardır .İnsan bunların vasitəsi ilə nəinki ətraf mühiti dərk edir ,həmdə onu fəal sürətdə dəyişə bilir .Sinir sistemi mərkəzi
və periferik şöbələrdən təşkil olunmuşdur.
Mərkəzi sinir sisteminə başbeyin və onurğa beyini ,periferik sinir sisteminə isə onlardan çıxan sinirlər aiddir. Sinirlər külli miqdarda
sinir liflərindən təşkil olunmuşdur .Periferik 2 şöbəyə bölünür somatik və vegetativ sinir sistemi .Skelet əzələlərini somatik , daxili orqanları vegetativ və ya avtanom sinir sistemi tənzimləyir.Vegetativ sinir sistemi 2 şöbəyə -simpatik və para simpatik şöbələrə bölünür.
Bu sinirlər orqanlara bir-birinin əksinə təsir edir .Simpatik ürəyin fəaliyyətini qüvvətləndirir ,parasimpatik isə ləngidir və zəiflədir.
Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cəld cavab reaksiyalarına refleks deyilir .Refleks qövsü 5 hissədən ibarətdir .1 Reseptor sahə .2 Hissi sinir lifi .3Mərkəz. 4.Hərəki sinir lifi. 5.İşçi orqanlar.
Orqanizmin bütün fəaliyyəti müxtəlif uygunlaşmalarla dəyişilən və əmələ gələn reflektor hərəkətlər ,
Əmək prosesindəki ən incə fəaliyyətlər sinir sisteminin oyanma və ləngimə prosesini əlaqələndirici işi nəticəsində mümkün olur.
və periferik şöbələrdən təşkil olunmuşdur.
Mərkəzi sinir sisteminə başbeyin və onurğa beyini ,periferik sinir sisteminə isə onlardan çıxan sinirlər aiddir. Sinirlər külli miqdarda
sinir liflərindən təşkil olunmuşdur .Periferik 2 şöbəyə bölünür somatik və vegetativ sinir sistemi .Skelet əzələlərini somatik , daxili orqanları vegetativ və ya avtanom sinir sistemi tənzimləyir.Vegetativ sinir sistemi 2 şöbəyə -simpatik və para simpatik şöbələrə bölünür.
Bu sinirlər orqanlara bir-birinin əksinə təsir edir .Simpatik ürəyin fəaliyyətini qüvvətləndirir ,parasimpatik isə ləngidir və zəiflədir.

Əmək prosesindəki ən incə fəaliyyətlər sinir sisteminin oyanma və ləngimə prosesini əlaqələndirici işi nəticəsində mümkün olur.
Комментариев нет:
Отправить комментарий